Almaniya xarici işlər naziri Kiyevdə səfərdədir

Almaniya xarici işlər naziri Annalena Berbok Kiyevdə səfərdədir.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Almaniya XİN məlumat yayıb.

Məlumatda qeyd olunub ki, xarici işlər naziri Berbok həlledici vaxtda Ukraynaya səfər edib: “Bir neçə gün əvvəl Putin Ukraynanın ikinci ən böyük şəhəri Xarkova yenidən hücuma keçdi. Xarici işlər nazirinin səfərinin məqsədi ukraynalı həmsöhbətlərini hətta döyüş bölgələrində vəziyyətin pisləşməsini nəzərə alaraq, Almaniya və Avropanın bundan sonra da Ukraynanın tərəfində möhkəm dayanacaqlarına və onların dəstəyindən əl çəkməyəcəklərinə inandırmaqdır”.

Almaniya xarici işlər naziri Annalena Berbok isə səfərdən əvvəl açıqlamasında bildirib ki, bu müharibə Ukraynanı Avropaya daha da yaxınlaşdırıb: “Putin imperiya çılğınlığı ilə Ukraynanı ələ keçirmək istəyirdi, lakin əvəzində onu Avropa ilə möhkəm birləşdirdi. Avropalılar olaraq bizim taleyimiz heç vaxt Ukraynanın taleyi ilə bu qədər sıx bağlı olmayıb. Ukrayna öz azadlığını böyük əzmlə müdafiə edir və bununla da bizim hamımızın azadlığı uğrunda mübarizə aparır. Ukraynanın Aİ-yə daxil olması Rusiyanın beynəlxalq hüququ pozan işğalçılıq müharibəsinin zəruri geosiyasi nəticəsidir. Ukrayna təsirli irəliləyiş əldə edib və Rusiyanın dağıdıcılığına baxmayaraq islahatlar yolundadır. Bizim dəstəyimiz Ukraynanın bu müharibədə qalib gələcəyinə olan dərin inamdan qaynaqlanır. Putin düşünür ki, sonda tükənəcəyik, ancaq bizim gücümüz var. Almaniya dünyanın hər yerindən bir çox başqa ölkələrlə birlikdə Ukraynanın tərəfində möhkəm dayanır. Ukrayna xalqı uzunmüddətli perspektivdə buna arxalana bilər”.

XİN, həmçinin vurğulayıb ki, Annalena Berbokun səfəri həm də Ukraynanın gələcəyinə investisiya kimi Berlin Yenidənqurma Konfransına hazırlığa xidmət edir.

 

Azinformasiya.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir