Almaniya və Ukrayna XİN başçıları Vilnüsdə görüşüb

Almaniya xarici işlər naziri Annalena Berbok və Ukrayna xarici işlər naziri Dmitri Kuleba Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində görüşüblər.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri Kuleba “Twitter”də yazıb.

Onun sözlərinə əsasən, görüşdə sammitinin Avropa üçün nəticələri müzakirə olunub.

“Mən inteqrasiya aləti kimi NATO-Ukrayna Şurasının təsis edilməsi və MAP-ı (Üzvlük üzrə Fəaliyyət Planı) aradan qaldıraraq praktiki yardımın artırılmasını alqışladım. Ukraynanın NATO-ya dəvəti məsələsində əminliyin olmadığını da qeyd etdim. Biz bu boşluğu doldurmaq üçün müttəfiqlərlə işləməyə davam edirik”, – Kuleba vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir