Almaniya və Fransa XİN rəhbərləri Dəməşqə gedib

Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra ilk dəfə Almaniya və Fransanın xarici işlər nazirləri gözlənilmədən Dəməşqə səfər edib.

 

Azinformasiya.az  “Deutsche Welle”yə istinadən xəbər verir ki, Annalena Berbokla Jan Noel Barronun səfərində məqsəd ölkənin yeni rəhbərliyi ilə danışıqlar aparmaqdır.

Fransanın Xarici İşlər Nazirliyinin məlumatında Suriyanın yeni rəhbərliyindən gender bərabərliyinin təminatı, eləcə də dini və etnik qrupların müdafiəsi üzrə əməli addımlar gözlənildiyi açıqlanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir