Almaniya lideri: İranda etirazçılara zorakılıq zəifliyin göstəricisidir, bu, sona çatmalıdır

Almaniya Kansleri Fridrix Merts İran təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı tətbiq etdiyi gücü həddən artıq adlandırıb və qınayıb.

 

Azinformasiya.az  xəbər verir ki, o, bu barədə Hindistana səfəri zamanı bildirib.

“İran rəhbərliyini öz xalqını hədələmək əvəzinə qorumağa çağırıram. Tehrandakı rəhbərliyin öz xalqına yönəltdiyi zorakılığı ən güclü şəkildə qınayırıq”, – Merts vurğulayıb.

Kansler həmçinin qeyd edib ki, bu zorakılıq güclülüyün deyil, zəifliyin göstəricisidir: “Bu zorakılıq sona çatmalıdır”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir