Avropa İttifaqı Ukraynadakı müharibəni dayandırmaq məqsədilə Rusiya ilə danışıqlara hər zaman hazırdır, lakin paralel kommunikasiya kanalları açmaq niyyətində deyil.
Azinformasiya.az “Reuters“ə istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts bu gün jurnalistlərə açıqlamasında bildirib.
Kanslerin sözlərinə əsasən, Moskva ilə mümkün təmaslar Ukrayna ilə Rusiya arasında aparılan əsas danışıqlar prosesinə zidd olmamalıdır.
“Əgər bu danışıqların daha yaxşı və daha uğurlu olmasına töhfə verə bilsək, bunu edəcəyik. Lakin heç bir paralel kommunikasiya kanalı açmayacağıq”, – Fridrix Merts vurğulayıb.
Azinformasiya.az