Almaniya Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə ofisinin rəhbəri Matias Lüttenberq Azərbaycan və Ermənistana çağırış edib.
Azinformasiya.Az xəbər verir ki, bu barədə alman diplomat öz rəsmi tviter hesabında yazıb.
“2020-ci il 9 noyabr bəyanatından bir il sonra biz Azərbaycan və Ermənistanı atəşkəsə tam olaraq riayət etməyə və hər iki ölkə xalqlarının maraqlarına uyğun olaraq münaqişənin davamlı həlli üçün səylərini gücləndirməyə çağırırıq”, – deyə paylaşımda qeyd olunub.