Aleksander Stubb: Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənir

Finlandiya Prezidenti Aleksander Stubb bəyan edib ki, ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həllinin uzanmasından dolayı səbri tükənir.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Stubb Finlandiyanın “Yle” teleksnslına verdiyi müsahibədə danışıb.

Onun sözlərinə əsasən, bu təəssürat sonuncu dəfə Tramp ilə apardığı söhbətdən sonra yaranıb:

“Keçən həftənin cümə axşamı gecə saatlarında Tramp ilə danışdım və həmin söhbətdə artıq səbrin tükənməkdə olduğuna dair əlamətlər hiss olunurdu”, — deyə Finlandiya prezidenti vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir