Ankara ölkə daxilində və sərhədləri boyunca terrorun varlığına son qoymaqda qərarlıdır.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar NTV kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Türkiyə Suriya ərazisində terror dəhlizinin yaradılmasının qarşısını alaraq, Suriyanın da ərazi bütövlüyünü qoruyub.
Nazirin sözlərinə əsasən, hazırda Suriyanın 3/1 terrorçuların nəzarəti altındadır. Bundan əlavə, Akar Suriya tərəfi ilə koordinasiya mexanizminin yaradılmasına dair hazırlıq işlərinin də davam etdiyini qeyd edib.
Azinformasiya.az