Akar: Azərbaycan və Ermənistan arasında yeni eskalasiya riski var

Azərbaycan və Ermənistan arasında yeni eskalasiya riski var.

 

Azinformasiya.az bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akarın “TRT World”da dərc olunduğu məqaləsində deyilir.

Qeyd olunub ki, Ermənistan və onun qonşuları olan Azərbaycan və Türkiyə arasında münasibətlərin tam şəkildə normallaşması bütün Qafqaz regionu xalqları üçün yeni imkanlar yaradacaq və tarixi düşmənçilikləri aradan qaldıraraq, davamlı dostluq və əməkdaşlığa yol açacaq.

Hulusi Akar, eyni zamanda Ermənistan-Azərbaycan sərhədində ara-sıra atışmalar, gərginliyin mövcudluğu və sülh sazişinin imzalanmasına dair cəhdlərin hələlik uğursuz olmasının narahatlıq yaratdığını söyləyib.

Digər tərəfdən, Akar Zəngəzur koridorunun açılmasının da zəruri olduğunu vurğulayıb: “Azərbaycanla quru əlaqəsi olmayan Naxçıvanda yaşayan insanların və malların sərbəst hərəkəti üçün bu dəhlizə təcili ehtiyac var. Bu, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün böyük potensialı açacaq, davamlı sülhə və hər kəs üçün iqtisadi rifaha gətirib çıxaracaq”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir