Aİ XİN başçıları Ukraynaya hərbi yardımın genişləndirilməsini təsdiqləyəcəklər

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Ukraynaya hərbi yardımın 3,5 milyard avro genişləndirilməsini təsdiqləyəcəklər.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cosep Borrell Aİ xarici işlər nazirlərinin bu gün keçirilən iclasından əvvəl jurnalistlərə bildirib.

Borrell hesab edir ki, bu yardımın genişləndirilməsi indi hər zamankından daha vacibdir, çünki onun fikrincə, Rusiyada baş vermiş son hadisələr ölkənin gücünü zəiflədir və onun siyasi sisteminə təsir edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir