Avropa İttifaqı Ukraynaya humanitar yardım çərçivəsində 16 milyon avro dəyərində 500 elektrik generatoru bağışlayıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə bu gün Brüsseldə keçirdiyi brifinqdə Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari (Balazs Ujvari) deyib.
Onun sözlərinə əsasən, bu yardımın edilməsində məqsəd Kaxovka SES-in bəndinin dağıdılmasının yaratdığı çətinliklərlə mübarizəyə kömək etməkdir.
Azinformasiya.az