Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiya hərbçilərinə müraciət edib.
Azinformasiya.Az xəbər verir ki, o, müraciətini Avropa Parlamentinin plenar iclasında səsləndirib.
“Rusiya əsgərlərinə mesajım var. Əgər siz ukraynalı bacı və qardaşlarınızın ölümündə iştirak etmək istəmirsinizsə, silahı yerə qoyun”, – Ş.Mişel deyib.
O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışıqlarından birinin bəzi detallarını da avropalı parlamentarilərin diqqətinə çatdırıb: “Bir neçə həftə əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski mənə sual verdi ki, siz, həqiqətən, avropalısız? Biz, doğrudan da, avropalı olmaq istəyirik. Bu isə o deməkdir ki, Putin bu müharibədə qələbə qazana bilməz. Çünki Avropa, azadlıq və demokratiya dəyərləri qalib gələcək”.