Avropa İttifaqı (Aİ) Şurası Gürcüstana namizəd statusunun verilməsi barədə qərar qəbul edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “X” platformasında paylaşıb.
Şarl Mişel Aİ-nin Bosniya və Hersoqovina ilə üzvlük danışıqlarına isə üzvlük üçün zəruri kriteriyalara uyğunluq dərəcəsinə çatdığı zaman başlanacağını bildirib və Avropa Komissiyasını gələn ilin martında bu istiqamətdə qiymətləndirmə aparmağa dəvət edib.
Azinformasiya.az