Aİ lideri: Yaxın Şərqdə müharibədən qazanclı çıxan yeganə tərəf Rusiyadır

Avropa İttifaqı (Aİ) Yaxın Şərqdə münaqişədə bütün tərəfləri maksimum təmkin göstərməyə və danışıqlar masasına qayıtmağa çağırıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta Aİ səfirlərinin konfransında bildirib.

Onun sözlərinə əsasən, enerji qiymətlərinin artması ilə Rusiya Ukraynaya qarşı apardığı müharibəni maliyyələşdirmək üçün yeni resurslar qazanır və Ukrayna cəbhəsinə diqqətin azalmasından faydalanır.

Koşta həmçinin qeyd edib ki, Yaxın Şərqdə müharibədən qazanclı çıxan yeganə tərəf Rusiyadır: “Ukraynaya göndəriləcək hərbi yardımın Yaxın Şərqə göndərilməsi Rusiyaya faydalıdır. Yaxın Şərqdə müharibənin gündəmə çıxması və Ukraynaya diqqətin azalması Rusiya üçün əlverişlidir”.

O, eskalasiyanın daha da şiddətlənməsinin Yaxın Şərqlə birlikdə Avropanı və daha geniş regionu da təhdid etdiyini vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir