Aİ komissarı: Azərbaycan və Ermənistan arasında sülhə töhfə verən razılaşmanı alqışlayıram

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Azərbaycan və Ermənistan arasında son razılaşmanı alqışlayıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Aİ komissarı “X” hesabında yazıb.

“Mən Azərbaycan və Ermənistan arasında regionda sülh və sabitliyə töhfə verən razılaşmanı alqışlayıram. Avropa İttifaqı hər iki ölkəyə əlavə dəstək verməyə hazırdır”, – Varhelyi paylaşımında bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir