Avropa İttifaqı (Aİ) və Hindistan təhlükəsizlik və müdafiə tərəfdaşlığına imza atıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Avropa Komissiyası bəyanat yayıb.
Bəyanatda vurğulanır ki, bu, iki tərəf arasında müdafiə və təhlükəsizlik sahəsində ilk sazişdir.
Saziş dəniz təhlükəsizliyi, müdafiə sənayesi və texnologiya, kibertəhlükəsizlik və hibrid təhdidlər, kosmos və terrorizmə qarşı mübarizə kimi sahələrdə əməkdaşlığı gücləndirəcək.
Aİ və Hindistan liderləri, eyni zamanda Məlumat Təhlükəsizliyi Müqaviləsi üzrə danışıqların yekunlaşmasını alqışlayıblar. Bu müqavilə məxfi məlumat mübadiləsini asanlaşdıracaq və təhlükəsizlik və müdafiə sahələrində daha güclü əməkdaşlığa zəmin yaradacaq.
Tarixi tərəfdaşlıq bu gün Yeni Delhidə keçirilən 16-cı Aİ–Hindistan Zirvə görüşündə rəsmi olaraq təsdiqlənib.
Azinformasiya.az