Aİ, Fransa, Almaniya və İtaliya liderləri Viktor Orbanla görüşüb

Avropa İttifaqı Şurasının iclasından əvvəl Aİ liderləri Macarıstan Baş naziri Viktor Orbanla görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, bununla bağlı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel “X” hesabında yazıb.

“Aİ Şurası sammitinə son geri sayım. Məsləhətləşmələr davam edir”, – Şarl Mişel bildirib

Görüşdə Aİ Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts, İtaliya Baş naziri Giorgia Meloni və Macarıstan Baş naziri Viktor Orban iştirak edib.

Qeyd edək ki, bu gün görüşün gündəliyində əsas müzakirə olunacaq mövzu Aİ büdcəsinin təsdiqlənməsi və Ukraynaya 50 milyard avro maliyyə yardımının ayrılmasıdır. Keçən ilin dekabrında Macarıstan Ukraynaya yardımın təsdiqlənməsi qərarını bloklamışdı.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir