Aİ Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ABŞ-da keçirilən danışıqlarını alqışlayır

Avropa İttifaqı Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ABŞ-da keçirilən danışıqlarını alqışlayır.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter“ hesabında yazıb.

“Vaşinqtondan ümidverici xəbər var. Avropa İttifaqı 4 günlük danışıqlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin davamlı əlaqəsini alqışlayır. İnkişaf ancaq dialoq yolu ilə əldə edilə bilər. Biz Ermənistan və Azərbaycan ilə birlikdə olmağa və davamlı sülh axtarışında tərəfdaşlarımızla işləməyə davam edirik”, – deyə o qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir