“Aİ Azərbaycan-Ermənistan arasında gərginlikdən narahatdır”

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında gərginliyin artmasından narahatdır.

Azinformasiya.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz rəsmi tviter hesabında yazıb.

“Bu həftə Ermənistan və Azərbaycan arasında gərginliyin artmasından narahatam. Riskləri və səbəbləri aradan qaldırmaq, hərtərəfli həllə nail olmaq üçün işlərə başlamaq vacibdir”, – deyə Klaar qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir