Ağsuda yol qəzası olub, iki nəfər xəsarət alıb

Ağsuda avtomobil qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Daşdəmirbəyli kəndində baş verib.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1984-cü il təvəllüdlü Vəliyev Mirdamət Ələm oğlu və 1965-ci il təvəllüdlü Cəbrayılov Cabar Cabbar oğlu Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir