Ağstafada bıçaqlanma hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Poylu kəndində baş verib.
Belə ki, 2009-cu il təvəllüdlü M. Huseynli qolunun və qarnının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal yeniyetmə əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata əsasən, yeniyetmə tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az