Ağstafa rayonunda 62 yaşlı kişinin yanmış meyiti aşkarlanıb.
Azinformasiya.az xəbər verir ki, hadisə yanvarın 1-də baş verib. Qazax rayon sakini 1964-cü il təvəllüdlü Nazim Nəsibovun üzərində zorakılıq əlamətləri görünməyən yanmış meyiti Ceyrançöl adlandırılan ərazidə tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az