Ağstafada iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Ağstafada yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “VAZ ” markalı minik avtomobili başqa bir avtomobillə toqquşub.

Qəza zamanı 1998-ci il təvəllüdlü M. Hüseynov, 2004-cü il təvəllüdü Y. Kazımov və 1999-cu il təvəllüdlü T. Quliyev xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onlara yardım edilib. Hazırda xəsarət alanların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir