Ağstafada 66 yaşlı kişinin meyiti tapılıb

Ağstafada yol kənarında Gəncə şəhər sakini 1959-cu il təvəllüdlü E.Əhmədovun meyiti tapılıb.

 

Azinformasiya.az  xəbər verir ki, meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

İlkin məlumata əsasən, E.Əhmədov ürək tutmasından vəfat edib.

Sözügedən şəxs Gəncədən Ağstafaya qızı gilə qonaq gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir