Ağstafada 59 yaşlı kişini avtomobil vurub

Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, qəza rayonun Poylu qəsəbəsi ərazisində baş verib.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1966-cı il təvəllüdlü Oktay Məmmədovu vurub.

Piyada ağır vəziyyətdə təcili tibbi yardım avtomobili ilə Ağstafa rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Qazax rayon mərkəzi xəstəxanasına hospitalizasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir