Ağstafada 4 nəfər dəm qazından zəhərlənib

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü T.Məmmədova, 1991-ci il təvəllüdlü N.Lahıcova, 2013-cü il təvəllüdlü A.Lahıcova və 2011-ci il təvəllüdlü A.Lahıcova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Məlumata görə, hər 4 şəxs yaşadığı evdə vanna otağında dəm qazından zəhərlənib.Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir