Ağstafada bıçaqlanma hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayon ərazində baş verib.
Belə ki, rayon sakini 1998-ci il təvəllüdlü K. Aşurov döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. 27 yaşlı gəncin hansı səbəbdən bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az