Agentlik sədri: “Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq”

“COVID-19-a qarşı vaksinasiya qısa müddətdə müsbət təsirini göstərəcək”.

Azinformasiya.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sədri Zaur Əliyev deyib.

O bildirib ki, bununla Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq.

Z.Əliyev xatırladıb ki, ilk növbədə tibb işçiləri vaksinasiyadan keçəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir