Ağdaşda minik avtomobili aşıb, sürücü ölüb

Bakı-Qazax avtomobil yolunda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Bakı-Qazax magistral yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “KIA” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü, 29 yaşlı Əhliman Mehdiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir