Ağdaşda avtomobil yanıb

Ağdaşda avtomobil yanıb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Qarasuqumlaq kəndində baş verib.

Yanğın nəticəsində kənd sakini 1986-cı il təvəllüdlü Şirinov Rəhman Həmid oğluna məxsus 12 BD 530 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin yanar konstruksiyaları tamamilə yanıb.

Əraziyə Ağdaş yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir