Ağdamda bir ailənin 6 üzvü zəhərlənib

Ağdamda kütləvi zəhərlənmə halı qeydə alınıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə ötən gecə rayonun Əfətli kəndində baş verib. Bir ailənin 6 üzvü – 1962-il təvəllüdlü Gülbuta Əsədova, 2001-ci il təvəllüdlü Elçin Əsədov, 2003-cü il təvəllüdlü Elvin Əsədov, 1993-cü il təvəllüdlü İsmayıl İsmayıllı, 2006-cı il təvəllüdlü Türkan Əsədova və 2006-cı il təvəllüdlü Nəzakət Piriyeva Ağdam rayon Mərkəzi xəstəxanasına zəhərlənmə əlamətləri ilə müraciət ediblər.

İlkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.

Onların tortdan zəhərləndiyi ehtimal olunur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir