Ağdamda avtomobil aşaraq yanıb, xəsarət alan var

Ağdamda avtomobil yanıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində baş verib.

Rayon sakininin idarə etdiyi “VAZ-21015” markalı, 10 NS 315 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarına aşıb. Bundan sonra maşında yanğın başlayıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub, yanğın söndürüıüb. Sürücü müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir