Ağdamda 55 yaşlı kişini ilan sancıb

Ağdamda 55 yaşlı kişini ilan sancıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Həsənxanlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini 1969-cu il təvəllüdlü Əbdürrəhimov Səfər Sərdar oğlunu kənd ərazisində əkin sahəsində soğan yığarkən ayağından ilan sancıb.

Səfər Əbdürrəhimov Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, ona zərdab vurulub. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir