Ağcabədidə yol qəzası olub, iki nəfər xəsarət alıb

Ağcabədidə “VAZ-2107” və “KİA” markalı minik maşınları toqquşub.

 

Azinformasiya.az  xəbər verir ki, rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınan qəzada sürücü və sərnişin xəsarət alıb. Xəsarət alanlar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir