Ağcabədidə “Azərişıq”ın avtomobil aşıb, sürücü xəsarət alıb

Ağcabədidə “Azərişıq”a məxsus avtomobil aşıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Boyat kəndi ərazisində baş verib. 1993-cü il təvəllüdlü Murad İbrahimlinin idarə etdiyi avtomobil idarəetməni itirərək aşıb. Xəsarət alan sürücü Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata əsasən, M.İbrahimli “Azərişıq” ASC-nin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir