Ağcabədidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Azinformasiya.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Şamil Qasımov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə idarəetməni itirək iki avtomobilə toqquşub və yolun kənarında olan piyada 1955-ci il təvəllüdlü Mahir Məmmədovu vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az