Ağcabədidə 3 avtomobil toqquşub, xəsarət alan var

Ağcabədidə zəncirvarı yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində baş verib.

Belə ki, hərəkətdə olan “VAZ”2106, “Mercedes” və “Hyundai” avtomobillər toqquşub. “VAZ -2106”-nın sürücüsü, 1993-cü il təvəllüdlü Nadirov Ehtiram Atamoğlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir