Aİ ölkələrində ukraynalı pilotlar üçün Amerika F-16 qırıcılarını idarə edəcək təlim proqramı iki həftədən sonra başlaya bilər.
Azinformasiya.az xəbər verir ki, bu barədə bazar günü CNN telekanalına müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
“Biz avropalılar hazır olan kimi F-16-da Ukraynalı pilotların təliminə başlamaq üçün lazım olan alətləri təmin edəcəyik. Avropalılar lazımi təlim obyektlərini hazırlamaq üçün bir neçə həftə vaxt lazım olduğunu dedilər” – Sallivan söyləyib.
Sallivan, həmçinin qeyd edib ki, Vaşinqton da öz növbəsində təlim üçün icazənin verilməsi prosesini, o cümlədən ona başlamaq üçün lazım olan hər şeyi köçürmək prosesini təxirə salmayacaq.
Bundan öncə ukraynalı pilotların F-16-nı idarə etmək üçün təliminə avqustda Danimarkada başlanacağı, Rumıniyada isə regional təlim mərkəzi yaradılacağı bildirilmişdi.
Azinformasiya.az