Qrenlandiya Amerika Birləşmiş Ştatlarının bir hissəsi olmalıdır.
Azinformasiya.az xəbər verir ki, bunu Ağ Evin Administrasiya rəhbərinin müavini Stiven Miller CNN-ə müsahibəsində bildirib.
O, həmçinin adanın hərbi yolla ələ keçirilməsi ehtimalını da istisna etməyib: “Prezident aylar ərzində açıq şəkildə bildirib: Qrenlandiya ABŞ-ın ümumi təhlükəsizliyinin bir hissəsi, ABŞ-ın tərkib hissəsi olmalıdır. Heç kim Qrenlandiyanın gələcəyi ilə bağlı ABŞ-la hərbi qarşıdurmaya getməyəcək. Hərbi əməliyyat barədə düşünmək və ya danışmaq belə lazım deyil”.
Aparıcı Millerdən birbaşa şəkildə hərbi müdaxilənin istisna edilib-edilmədiyini soruşduqda, o, cavabdan yayınıb, bunun əvəzində Danimarkanın Arktika ərazisinə iddialarını şübhə altına alıb.
“Onların ərazi iddiaları nəyə əsaslanır? Qrenlandiyanın Danimarkanın müstəmləkəsi olması iddiası nəyə söykənir? ABŞ NATO-nun əsas gücüdür. ABŞ Arktika regionunun təhlükəsizliyini təmin etmək, NATO-nun maraqlarını qorumaq istəyirsə, aydındır ki, Qrenlandiya ABŞ-ın tərkib hissəsi olmalıdır. Buna görə də bu, ölkə olaraq müzakirə edəcəyimiz bir məsələdir”, – o fikrini yekunlaşdırıb.
Azinformasiya.az