Abşeron rayonunda qadın dəm qazından boğularaq ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Güzdək qəsəbəsində qeydə alınıb.
1983-cü il təvəllüdlü E.Seyidova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az