Abşeronda küçədə 68 yaşlı kişinin meyiti tapılıb.
Azinformasiya.az xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.
Meyiti tapılan şəxsin 1956-cı il təvəllüdlü Eldar Lətif oğlu Hüseynov olduğu müəyyən olunub. Onun səhər saatlarında işə gedərkən yolda öldüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az