Amerika hərbçiləri Yəməndə “Ənsar Allah” hərəkatının husi üsyançılarının gəmi əleyhinə raketini hədəfə alıblar.
Azinformasiya.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Yanvarın 27-də, Səna vaxtı ilə təxminən saat 03:45-də CENTCOM qüvvələri Qırmızı dənizə doğru yönəlmiş və atəşə hazır olan Husilərin gəmi əleyhinə raketini vurub”, – komandanlığın mətbuat ofisi X hesabında bildirib.
CENTCOM-un məlumatına əsasən, ABŞ ordusu hədəfin “bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün dərhal təhlükə yaratdığını” hesab edir.
Azinformasiya.az