ABŞ və Türkmənistanın xarici siyasət idarələrinin rəhbərləri təhlükəsizliyi müzakirə ediblər

ABŞ dövlət katibi Entoni Blinken və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Vaşinqtonda keçirilən görüşdə təhlükəsizlik və iqtisadi əməkdaşlığı müzakirə ediblər.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedanta Patelin yaydığı yazılı bəyanatda deyilib.

Sənədə əsasən, Blinken və Meredov “regionda baş verən hadisələr, təhlükəsizlik sahəsində əməkdaşlıq və iqtisadi imkanlar sahəsində tərəfdaşlıq haqqında” danışıblar. ABŞ xarici siyasət idarəsinin rəhbəri “ABŞ-nin Türkmənistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini” diqqətə çatdırıb.

“Dövlət katibi iqlim böhranı ilə mübarizə üçün metan emissiyalarının azaldılmasının vacibliyini qeyd edib və neft-qaz sektorundan metan emissiyalarını sürətlə azaltmaq üçün Türkmənistanla işləmək imkanlarını vurğulayıb”, – Patel qeyd edib.

Blinken və Meredov “mədəni və təhsil sahələrində tərəfdaşlıq məsələlərini”, habelə “Türkmənistanda insan hüquqlarına və işçilərin hüquqlarına hörmət” baxımından vəziyyəti yaxşılaşdırmaq məsələlərini müzakirə ediblər. Həmçinin onlar “əfqan qadın və qızlarının hüquqlarını qorumaq” səyləri barədə danışıqlar aparıblar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir