ABŞ və Rusiya Qara dənizdə həm gəmilərin sərbəst keçidinin təmin olunması, həm də güc tətbiq edilməməsi barədə razılığa gəlib.
Azinformasiya.az “Sky News“a istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
Qeyd edilib ki, tərəflər arasında müzakirələrin əsas predmeti üzrə razılıq əldə olunub.
Həmçinin tərəflər Rusiya və Ukrayna ərazisindəki enerji infrastrukturuna zərbələr endirilməməsi barədə də yekdil fikirə gəliblər.
Razılaşdırılan məqamlardan biri də kommersiya xarakterli yüklərin daşındığı gəmilərdən hərbi məqsədlər üçün istifadə edilməməsi olub.
Tərəflər, eyni zamanda Rusiyanın kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılması, dəniz vasitəsilə daşınan yüklərə görə sığorta haqlarının azaldılması, bu ölkəyə məxsus gəmilərin limanlara girişinin təminatı və yaranmış xərclərin beynəlxalq ödəniş sistemləri vasitəsilə ödənilməsi məsələsində razılaşıblar.
Bununla yanaşı, tərəflər üçüncü ölkələrin energetika və dəniz yolu vasitəsilə yüklərin daşınmasına göstərəcəyi istənilən dəstəyi alqışladığını açıqlayıb.
Azinformasiya.az