ABŞ və Hindistan birgə hərbi təlim keçirəcək

ABŞ və Hindistan Alyaska ştatında sentyabrın 25-dən oktyabrın 8-ə kimi 19-cu hərbi təlim keçirəcək.

 

Azinformasiya.az xəbər verir ki, məlumatı “News18” telekanalı yayıb.

Bildirilib ki, ABŞ təlimdə iştirak edəcək silahlı qüvvələrin heyəti, sayı və digər texniki məsələləri hələ açıqlamayıb. Hindistan tərəfdən isə hərbi təlimdə “Marath” alayının hərbçilərinin iştirak edəcəyi məlumdur.

Məlumata əsasən, BMT-nin mandatına uyğun olaraq təlim cədvəlinə sülhməramlılıq, sülhün mühafizəsi ilə bağlı bütün əməliyyatlar, eləcə də humanitar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması əməliyyatları da daxil ediləcək. Hər iki ölkənin qoşunları təbii fəlakət zamanı sürətli və koordinasiyalı yardım əməliyyatları keçirməyi məşq edəcək.

2022-ci ildə ABŞ və Hindistan Uttarakhand əyalətinin şimalında, Çinlə sərhəddən yüz kilometr aralıda yerləşən Auli kəndi ərazisində “Yudh Abhyas” hərbi təlimlər keçirib. Sözügedən vaxt təlimdə Hindistan ordusunun “Assam” alayının əsgərləri və ABŞ ordusunun 11-ci hava-desant diviziyasının əsgərləri iştirak ediblər. Bundan başqa, keçən ilki təlimlərə Hindistan ordusunda xidmətdə olan “Mi-17V5” hərbi-nəqliyyat helikopterləri, pilotsuz uçuş əleyhinə sistemlər və başqa müasir silahlar cəlb olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir