Amerikalı diplomatlar ərəb ölkələrinin, eləcə də İordaniya, Misir və Səudiyyə Ərəbistanının nümayəndələri ilə Fələstin lideri 88 yaşlı Mahmud Abbasın istefasını müzakirə edirlər.
Azinformasiya.az xəbər verir ki, bu barədə The New York Times (NYT) yazır.
Nəşrin məlumatına əsasən, yeni lider münaqişə bitdikdən sonra Qəzza zolağına rəhbərlik etməli olacaq. Diplomatlar İsraili münaqişə sona çatdıqdan sonra Qəzza zolağı və İordan çayının qərb sahilinə nəzarəti Ramallahdakı Fələstin Administrasiyasına təhvil verməyə inandırmaq istəyirlər.
Qeyd olunur ki, muxtariyyətin yeni rəhbəri vəzifəsinə namizədlər arasında Fələstinin baş naziri Salam Fəyyad və Fələstinin keçmiş lideri Yasir Ərəfatın qardaşı oğlu Nasir əl-Kidva da var. Lakin Abbasın özü iqtisadi müşaviri Məhəmməd Mustafada israr edir.
Azinformasiya.az