ABŞ Ukraynaya hərbi yardımı dayandırmaq qərarını NATO ilə məsləhətləşmədən verib

ABŞ NATO ilə məsləhətləşmədən Ukraynaya hərbi yardımı dayandırmaq qərarına gəlib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski jurnalistlərə açıqlamasında bildirib.

Polşa XİN sözçüsü bildirib ki, ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırması çox ciddi vəziyyətə gətirib çıxarıb.

Onun sözlərinə əsasən, Vaşinqtonun bu qərarı NATO müttəfiqlərinə məlumat verilmədən və məsləhətləşmədən alınıb:
“Qərar NATO və ya Ukraynaya dəstəyi koordinasiya edən Ramşteyn qrupu ilə müzakirə və məsləhətləşmədən qəbul edilib”.

“Bloomberg“ Pentaqon rəsmisinə istinadən ABŞ Prezidenti Donald Trampın Ukraynaya bütün hərbi yardımların dayandırılması barədə göstəriş verməsi barədə məlumat yayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir