“Ukraynanın əks-hücum əməliyyatları uğurla davam edir və ordu davamlı şəkildə irəliləyir”.
Azinformasiya.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi, general Mark Milley söyləyib.
O vurğulayıb ki, real müharibə kompüter oyunlarından fərqlənir: “Mən əks-hücum əməliyyatlarının 6, 8, 10 həftə və daha çox davam edə biləcəyini, qanlı və ağır olacağını demişdim”.
Xatırladaq ki, Ukrayna lideri Volodimir Zelenski ötən həftə əks-hücum əməliyyatlarının gözlənildiyindən daha yavaş sürətlə getdiyini demişdi.
Azinformasiya.az