ABŞ senatoru Azərbaycana səfər edib

ABŞ-ın Montana ştatının senatoru Stiv Deyns Azərbaycana səfər edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, o, səfər çərçivəsində Bakıda Azərbaycan Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək.

Həmçinin Stiv Deyns Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşəcək.

Görüşlərdə ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığının gücləndirilməsi, regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir