Birləşmiş Ştatlar Qəzzaya ilk humanitar yardımın daşınmasını başa çatdırıb.
Azinformasiya.az “Reuters“ə istinadən xəbər verir ki, qida “C-130 Hercules” təyyarəsindən paraşütlə atılıb.
Agentliyin məlumatına əsasən, 38 mindən artıq ərzaq bağlaması hava yolu ilə çatdırılıb, su və ya dərman olmayıb.
Bildirilib ki, üç təyyarədən ümumilikdə 66 yük atılıb.
Ağ Ev belə hava daşımalarının mütəmadi olacağını və İsrailin bu səyləri dəstəklədiyini bildirib.
Azinformasiya.az